AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikası ilə NATO arasındakı fərdi proqrama uyğun olaraq “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyunun 7-dən 21-dək Kemplejun şəhərində (ABŞ-ın Şimalı Karolina ştatı) “Kooperativ Osprey-99” komanda-qərargah təlimləri keçirilir.
İyunun 8-də Bakıda NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində çoxmillətli sülhməramlı “Kooperativ Determineyşn-99” təlimlərinin planlaşdırılması və keçirilməsi üzrə Əsas konfrans öz işinə başlamışdır.
İyunun 8-də saat 05:00-dan 05:30-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ağdam rayonunun işğal olunmuş Şotlanlı kəndinin şimal-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunun Qızıloba kəndi sahəsindəki mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.
İyunun 8-dən 11-dək Bakıda NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində çoxmillətli sülhməramlı “Kooperativ Determineyşn-99” təlimlərinin planlaşdırılması və keçirilməsi üzrə Əsas konfrans və seminar keçiriləcəkdir.
Mayın 30-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev general Səid Şərifin rəhbərliyi altında Pakistan Silahlı Qüvvələrinin nümayəndə heyətini qəbul etmişdir.
Mayın 28-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev 28 May Respublika günü münasibətilə Azərbaycanın istiqlalı uğrunda canlarını qurban vermiş qəhrəmanların uyuduğu Şəhidlər Xiyabanında onların məzarı üzərinə əklil qoymuşdur.
Mayın 27-də NATO-nun Baş Katibinin siyasi məsələlər üzrə köməkçisi Klaus-Peter Klayberin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Silahlı Qüvvələri ilə tanışlığı davam etmişdir.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 29-da Ermənistan-Azərbaycan cəbhəsinin Goranboy rayonu Tapqaraqoyunlu kəndi sahəsində qoşunların təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Mayın 26-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO-nun Baş Katibinin siyasi məsələlər üzrə köməkçisi Klaus-Peter Klayberi və onu müşayiət edən şəxsləri qəbul etmişdir.
Mayın 28-də Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Quru Qoşunları Ali Hərb məktəbində təhsil alan azərbaycanlı kursantların hərbi andiçmə mərasimi keçiriləcəkdir.