Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Noyabr 2000 00:01

Müdafiə Nazirliyinin məlumatı

Noyabrın 8-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ross Uilsonu onun xahişilə qəbul etmişdir.
Müdafiə naziri səfiri salamladıqdan sonra onlar Cənubi Qafqazdakı hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan münaqişəsi həllinin vəziyyəti barədə fikir mübadiləsi etmişlər.
Səfir R.Uilson Ermənistan-Azərbaycan münaqişəsinin qəti həllində atəşkəsin dəyərli vasitə olduğunu qeyd edərək, onun möhkəmləndirilməsinin vacibliyindən danışmışdır.
General-polkovnik S.Əbiyev onun fikri ilə razı olduğunu bildirərək demişdir ki, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti atəşkəs rejiminə bütövlükdə əməl edir və situasiya Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident Heydər Əliyevin daimi nəzarəti altındadır.
Sonra Müdafiə naziri bildimişdir ki, Azərbaycan tərəfi Rusiya Federasiyasının hərbi bazalarının Gürcüstan ərazisindən çıxarılmasını təqdir edir, lakin hərbi texnikanın bir qisminin Ermənistandakı Gümrü bazasına verilməsini pisləyir. Ona görə ki, bu, Azərbaycanla müharibə vəziyyətində olan Ermənistanın gücləndirilməsi deməkdir.
Görüşdə ABŞ-ın Azərbaycan Respublikasındakı hərbi attaşesi mayor Mitçel Biondiç iştirak etmişdir.