NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində noyabrın 9-da Brüssel şəhərində (Belçika Krallığı) NATO Hərbi Komitəsinin tərəfdaş dövlətlərin Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri ilə görüşü, noyabrın 9-dan 10-dək isə Avro-Atlantik Tərəfdaşlıq Şurası çərçivəsində Hava Hücumundan Müdafiə Komitəsinin növbəti sessiyası keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Nəcməddin Sadıqov, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı general-mayor Rail Rzayev iştirak edəcəklər.