Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Noyabr 2000 00:03

Müdafiə Nazirliyinin məlumatı

Noyabrın 7-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev Ordu İdman Klubunun üzvləri, XXVII yay Olimpiya oyunlarının iştirakçıları — boks üzrə bürünc mükafatın sahibi Vüqar Ələkbərovu, Rəsul Səlimovu (dzyüdo), Emin Cəbrayılovu (suya tullanma), Emil Quliyevi (üzgüçü), Sergey Boçkovu (yüngül atletika), onların məşqçiləri Hüseynağa Ələsgərovu, Rəşid Məmmədovu və Ruzbeh Vəliyevi qəbul etmişdir.  
İdmançıları salamlayan Müdafiə naziri onlarla Sidneyə yola düşməzdən əvvəl görüşdüyünü, onlara uğur arzuladığını xatırlamış, indi isə onları yadda qalan qələbələrlə salamladığından məmnun olduğunu qeyd etmişdir. O, Olimpiadada boks üzrə bürünc medala layiq görülmüş Vüqar Ələkbərovun nailiyyətini xüsusilə vurğulayaraq, idmançılara növbəti yarışlarda medallar qazanmağı arzulamışdır.
Sonra general-polkovnik S.Əbiyev Ordu idmanının inkişaf perspektivləri barədə idmançılarla geniş fikir mübadiləsi etmiş, respublikada olduğu kimi Silahlı Qüvvələrdə də olimpiya hərəkatının yeni vüsət aldığını söyləmişdir.
Müdafiə Nazirliyi Ordu İdman Klubunun rəisi polkovnik-leytenant Natiq Əliyev və güləş üzrə məşqçi Hüseynağa Ələsgərov idmançılara göstərdiyi yüksək diqqət və qayğıya görə Müdafiə nazirinə minnətdar olduqlarını bildirmişlər.
Görüşün sonunda general-polkovnik S.Əbiyev olimpiyaçılara qiymətli hədiyyələr təqdim etmişdir.