AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində yanvarın 14-dən fevralın 14-dək Vişkov şəhərində (Çexiya Respublikası) Sülhün dəstəklənməsi əməliyyatları üzrə təlimatçılar üçün kurs, yanvarın 15-dən 17-dək Brüssel şəhərində (Belçika Krallığı) Silahlara nəzarət çərçivəsində keçirilən “VERİTİ” seminarı, yanvarın 16-sı və 17-də Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində illik planlaşdırma simpoziumu və Ahveler şəhərində (Almaniya Federativ Respublikası) “Mülki fövqəladə planlaşdırma sahəsində mülki əhalinin radioloji risklərə qarşı zəifliyi” mövzusunda işçi seminarı keçirilir.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 15-də Ağdam rayonunun Mərzili kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Yanvarın 14-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Endrü Takeri, Azərbaycanda akkreditə olunmuş keçmiş hərbi attaşesi polkovnik-leytenant Andryu Kerri və yeni hərbi attaşe polkovnik-leytenant Kristofer Con Nannı qəbul etmişdir.
Yanvarın 14-də saat 04:50-dən 05:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Noyemberyan rayonunun Koşatan kəndinin şərqində və Qazax rayonunun işğal olunmuş Bağanis Ayrım kəndinin şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Quşçu Ayrım kəndi sahəsindəki mövqelərini atıcı silahlardan ara-sıra atəşə tutmuşlar.
Yanvarın 7-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Kəşfiyyat rəisi korpus generalı Hüseyn Gökşunu qəbul etmişdir.
Yanvarın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunun ərazisində, Ermənistan silahlı qüvvələrinin bölmələri ilə təmas xəttində yerləşən “N” saylı hərbi hissəsinin əsgərləri Əbdülrəhmanov Şahin İsgəndər oğlu (05 aprel 2002-ci ildə Quba rayon hərbi komissarlığından çağrılmışdır) və Əbiyev Elməddin Gülağa oğlu (01 oktyabr 2001-ci ildə Cəlilabad rayon hərbi komissarlığından çağrılmışdır) pusquya düşərək düşmən tərəfindən atəşə tutulmuşlar.
Dekabrın 23-də Naxçıvan Muxtar Respublikasındakı "N" saylı hərbi hissəsinin aşağıda adları göstərilən hərbi qulluqçuları kəskin hava şəraitində öz xidməti vəzifələrini yerinə yetirərkən çovğuna düşmüş və həlak olmuşlar:1.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Gürcüstanın Müdafiə naziri general-leytenant David Tevzadzenin dəvətilə dekabrın 15-də Tbilisi şəhərinə rəsmi səfərə yola düşmüşdür.
Dekabrın 13-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Qazax rayonunun işğal olunmuş Bağanis-Ayrım kəndinin şimalında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Quşçu-Ayrım kəndi sahəsindəki mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.
Dekabrın 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Norveç Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Steinar Gili, Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Hans Vilhelm Lonqvanı və hərbi attaşesi polkovnik Roar Lauqerudu qəbul etmişdir.