Yanvarın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunun ərazisində, Ermənistan silahlı qüvvələrinin bölmələri ilə təmas xəttində yerləşən “N” saylı hərbi hissəsinin əsgərləri Əbdülrəhmanov Şahin İsgəndər oğlu (05 aprel 2002-ci ildə Quba rayon hərbi komissarlığından çağrılmışdır) və Əbiyev Elməddin Gülağa oğlu (01 oktyabr 2001-ci ildə Cəlilabad rayon hərbi komissarlığından çağrılmışdır) pusquya düşərək düşmən tərəfindən atəşə tutulmuşlar.
Nəticədə əsgər Ş.Əbdülrəhmanov yaralanmış, əsgər E.Əbiyev isə düşmən tərəfindən əsir götürülmüşdür.
Yaralanmış əsgərə dərhal ilk tibbi yardım göstərilərək müalicə müəssisəsinə yerləşdirilmişdir.
Əsir götürülmüş əsgərin geri qaytarılması üçün müvafiq tədbirlər görülür.