Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Dekabr 2002 00:00

Müdafiə Nazirliyinin məlumatı

Dekabrın 23-də Naxçıvan Muxtar Respublikasındakı "N" saylı hərbi hissəsinin aşağıda adları göstərilən hərbi qulluqçuları kəskin hava şəraitində öz xidməti vəzifələrini yerinə yetirərkən çovğuna düşmüş və həlak olmuşlar:
1. Leytenant Rüstəmov Elxan Orduxan oğlu - 20 iyul 1979-cu ildə anadan olub, 2001-ci ilin dekabr ayında Nəsimi rayon Hərbi komissarlığından çağrılmışdır.
2. Leytenant Hacıyev Sadıq Rasim oğlu - 17 oktyabr 1979-cu ildə anadan olub, 2002-ci ilin mart ayında Xanlar rayon Hərbi komissarlığından çağrılmışdır.
3. Əsgər Novruzov Arzu Elşən oğlu - 22 aprel 1983-cü ildə anadan olub, 2001-ci ilin iyul ayında Naxçıvan şəhər Hərbi komissarlığından çağrılmışdır.
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçuların valideynlərinə və doğmalarına dərin hüznlə başsağlığı verir, onlara Allahdan səbr diləyir.