AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində martın 22-dən 24-dək Brüssel şəhərində (Belçika Krallığı) NATO-nun Standartlaşdırma Agentliyinin İnformasiya üzrə işçi qrupunun görüşü, martın 22-dən aprelin 1-dək Brüssel və Mons şəhərlərində (Belçika Krallığı) “NATO-nun Beynəlxalq Hərbi Qərargahı və Tərəfdaşlığın Koordinasiya Qrupu ilə tanışlıq proqramı”, martın 22-dən aprelin 2-dək Brunssum şəhərində (Niderland Krallığı) “Qərargah zabitləri üçün hərbi terminologiya kursu”, martın 23-dən 24-dək Vilnüs şəhərində (Litva) “Böhranların idarə olunması” üzrə seminar və martın 24-dən 26-dək Lvov şəhərində (Ukrayna) “Rough and Ready 2004” təliminin yekun planlaşdırma konfransı keçirilir.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının Müdafiə naziri cənab Donald Ramsfeldin dəvətilə martın 21-də Vaşinqtona yola düşəcəkdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində martın 15-dən 19-dək Bakı şəhərində “Sərhəd təhlükəsizliyi” mövzusunda təlim kursu, Oberammerqau şəhərində (Almaniya) “Böhranların idarə olunması” üzrə kurs, martın 16-dan 20-dək Tallin şəhərində (Estoniya) “Combıned Endeavor-2004” təliminin yekun planlaşdırma konfransı, martın 16-dan 26-dək Roma şəhərində (İtaliya) “Silahlara nəzarət üzrə müfəttiş/müşayiətçi kursu”, Fort Hud (ABŞ) və Riqa (Latviya) şəhərlərində “Cooperative Nugget 2004” təliminin II fazası keçirilir.
Martın 13-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələri Avropa Komandanının müavini general Çarlz Uoldun rəhbərlik etdiyi Ali Məşvərət Qrupunun üzvlərini qəbul etmişdir.
Martın 10-da Azərbaycan Respublikasının Müdafıə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Reno Harnişi, ABŞ Dövlət Departamentinin Avropada təhlükəsizlik və siyası məsələlər üzrə direktorunun müavini cənab Erik Şultsu və ABŞ-ın NATO-dakı missiyası siyasi müşavirinin müavini cənab Bryus Rocersi qəbul etmişdir.
Martın 9-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Hərbi Hava Qüvvələri Kollecinin nümayəndə heyətini qəbul etmişdir.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 10-da Azərbaycan Respublikası və Ermənistan Respublikası Silahlı Qüvvələrinin Qazax rayonunun Quşçu Ayrım kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində martın 8-də Brüssel şəhərində (Belçika Krallığı) NATO-nun hərbi-siyasi rəhbəredici komitəsinin görüşü və martın 8-dən 12-dək Oberammerqau şəhərində (Almaniya) “NATO-nun mülki-hərbi əməkdaşlığı” üzrə kurs keçirilir.
Martın 5-də Azərbaycan Respublikasının Müdafıə naziri general-polkovnik Səfər Əbiyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri doktor Lauri Bristounu qəbul etmişdir.
Fevralın 26-da azaraq düşmən sahəsində minaya düşüb həlak olmuş “N” saylı hərbi hissənin giziri Əhmədov Rəşad Həmdulla oğlunun cəsədi martın 2-də Azərbaycan tərəfə qaytarılmışdır.