Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının Müdafiə naziri cənab Donald Ramsfeldin dəvətilə martın 21-də Vaşinqtona yola düşəcəkdir.
Səfər proqramında Ağ Ev, Pentaqon, Dövlət Departamenti, Konqres, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı, Milli Qvardiya Komandanlığı, Xarici Dillər Hərbi İnstitutu və Birləşmiş Millətlər Təşkilatında görüşlər nəzərdə tutulmuşdur.
Görüşlərdə Azərbaycan-Amerika ikitərəfli hərbi əməkdaşlıq məsələləri və digər məsələlər müzakirə ediləcəkdir.
Səfər martın 27-də başa çatacaqdır.