Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 16 Yanvar 2006 00:00

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində yanvarın 17-dən 19-dək Kişinyov şəhərində (Moldova Respublikası) “Cooperative Longbow/Lancer-2006” təliminin ilkin planlaşdırma konfransı keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 12 Yanvar 2006 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 12-də saat 00:05-dən 00:10-dək İcevan rayonunun ərazisindəki Qarayal dağında yerləşən mövqelərindən və saat 02:00-dan 02:05-dək həmin rayonun ərazisindəki Ayqeovit kəndinin 2 km.

Müdafiə Nazirliyinin məlumatı 11 Yanvar 2006 00:01

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 12-də Goranboy rayonunun Borsunlu kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 9 Yanvar 2006 00:01

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:- yanvarın 9-dan 13-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) “Qərargah zabitləri üçün tanışlıq” kursu;- yanvarın 9-dan martın 11-dək Budapeşt şəhərində (Macarıstan Respublikası) “Hərbi İngilis dili” kursu;- yanvarın 11-dən 13-dək Stavanger şəhərində (Norveç Krallığı) “Steadfast Jaw-06” təliminin ilkin planlaşdırma konfransı və Brüssel şəhərində (Belçika Krallığı) “Avropada adi silahlı qüvvələr” Müqaviləsi çərçivəsində "VERİTİ” işçi görüşü keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 7 Yanvar 2006 00:00

Yanvarın 6-da Müşviqabad yaşayış qəsəbəsi yaxınlığında xidməti vəzifələrini yerinə yetirərkən aşağıda adları göstərilən hərbi qulluqçular avtomobil qəzasına düşmüş və həlak olmuşlar:- Polkovnik-leytenant Həmidov Namiq Əziz oğlu (25 dekabr 1963-cü ildə anadan olub, Bakı şəhəri Xətai RHK tərəfindən 1981-ci ildə hərbi xidmətə çağrılıb);- Mayor Axundov Namiq Nurəddin oğlu (30 iyul 1956-cı ildə anadan olub, Bakı şəhəri Yasamal RHK tərəfindən 1994-cü ildə hərbi xidmətə çağrılıb);- Leytenant Abdullayev Mehman Tahir oğlu (06 iyun 1982-ci ildə anadan olub, Bərdə RHK tərəfindən 2000-ci ildə hərbi xidmətə çağrılıb);- Əsgər Məmmədəv Elvin Elbrus oğlu (1987-ci ildə anadan olub, Göyçay RHK tərəfindən 2005-ci ilin iyul ayında hərbi xidmətə çağrılıb); Baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb.

Müdafiə Nazirliyinin məlumatı 29 Dekabr 2005 00:00

Dekabrın 29-da Müdafıə Nazirliyində Silahlı Qüvvələrin bir qrup zabitinə yeni mənzillərin orderlərinin təqdim edilmə mərasimi olmuşdur.

Müdafiə Nazirliyinin məlumatı 13 Dekabr 2005 00:00

Dekabrın 12-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 17:20-dən 17:30-dək Qazax rayonunun Məzəmli kəndinin yaxınlığında yerləşən mövqelərindən, saat 17:45-dən 17:50-dək və saat 22:35-dən 22:40-dək isə həmin rayonun Balacəfərli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 12 Dekabr 2005 00:00

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:- dekabrın 12-dən 16-dək Qotzendorf şəhərində (Avstriya Respublikası) “Əməliyyat imkanları konsepsiyasının qiymətləndirmə və rəy proqramı” üzrə təlim kursu; - dekabrın 13-dən 14-dək Neapol şəhərində (İtaliya Respublikası) “Kooperativ Mako-2006” təliminin ilkin planlaşdırma konfransı keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 10 Dekabr 2005 00:00

Dekabrın 10-da Həzi Aslanov adına Mərkəzi zabitlər evində ümummilli lider Heydər Əliyevin vəfatının ildönümünə həsr edilmiş anım mərasimi keçirilmişdir.

Müdafiə Nazirliyinin məlumatı 8 Dekabr 2005 00:00

Dekabrın 8-də Azərbaycan Respublikasının Müdafıə naziri general-polkovnik Səfər Əbiyev Koreya Respublikası Silahlı Qüvvələrinin Türkiyə Respublikasında və eyni zamanda, Azərbaycan Respublikasında akkreditə olunmuş hərbi attaşesi briqada generalı Hyun Soo Konu qəbul etmişdir.