Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Dekabr 2005 00:00

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq”   proqramı çərçivəsində:
- dekabrın 12-dən 16-dək Qotzendorf şəhərində (Avstriya Respublikası) “Əməliyyat imkanları konsepsiyasının qiymətləndirmə və rəy proqramı” üzrə  təlim kursu;   
- dekabrın 13-dən 14-dək Neapol şəhərində (İtaliya Respublikası) “Kooperativ Mako-2006” təliminin ilkin planlaşdırma konfransı keçirilir.

Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, dekabrın 12-dən 15-dək Bakı şəhərində ikitərəfli qərargah danışıqları keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.