Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Yanvar 2006 00:01

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:
-  yanvarın 9-dan 13-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) “Qərargah zabitləri üçün tanışlıq” kursu;
- yanvarın 9-dan martın 11-dək Budapeşt şəhərində (Macarıstan Respublikası) “Hərbi İngilis dili” kursu;
- yanvarın 11-dən 13-dək Stavanger şəhərində (Norveç Krallığı) “Steadfast Jaw-06” təliminin ilkin planlaşdırma konfransı və Brüssel şəhərində (Belçika Krallığı) “Avropada adi silahlı qüvvələr” Müqaviləsi çərçivəsində "VERİTİ” işçi görüşü keçirilir.
Azərbaycan Respublikası ilə ABŞ arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq yanvarın 9-dan 11-dək Bakı şəhərində “Topoqrafiya və kartoqrafiya” mövzusunda seminar;
Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq yanvarın 9-dan fevralın 17-dək Vışkov şəhərində (Çex Respublikası) “Sülhü dəstəkləmə əməliyyatları üzrə təlimatçılar üçün təlim kursu”;  
Azərbaycan Respublikası ilə Litva Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq yanvarın 9-dan aprelin 28-dək Vülnüs şəhərində “Beynəlxalq İngilis dili” kursu;
Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq yanvarın 10-dan iyunun 30-dək Hürt şəhərində “Silahlara nəzarət kursu” keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.