Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Yanvar 2006 00:00

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində yanvarın 17-dən 19-dək Kişinyov şəhərində (Moldova Respublikası) “Cooperative Longbow/Lancer-2006” təliminin ilkin       planlaşdırma konfransı keçirilir.
Azərbaycan Respublikası ilə ABŞ arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq yanvarın 16-dan 18-dək Bakı şəhərində “Komanda və qərargah təlimi” mövzusunda seminar;
Azərbaycan Respublikası ilə Rumıniya Respublikası arasında  ikitərəfli hərbi   planına uyğun olaraq yanvarın 16-dan fevralın 3-dək Buxarest şəhərində “Həyatda qalma kursu” keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.