Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Dekabr 2005 00:00

Müdafiə Nazirliyinin məlumatı

Dekabrın 29-da Müdafıə Nazirliyində Silahlı Qüvvələrin bir qrup zabitinə yeni mənzillərin orderlərinin təqdim edilmə mərasimi olmuşdur.
Azərbaycan Respublikasının Müdafıə naziri general-polkovnik Səfər Əbiyev çıxış edərək bildirmişdir ki, Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Silahlı Qüvvələrimizə  gündəlik qayğını daim diqqət mərkəzində saxlayır. Son illərdə onun rəhbərliyi ilə Azərbaycanın hərbi potensialı bir neçə dəfə artmış və ordunun maddi-texniki bazası yenilənmişdir. Hərbi qulluqçuların məişət və xidmət şəraitinin yaxşılaşdırılması, həmçinin sosial problemlərin həlli istiqamətində  ciddi addımlar atılır.
O demişdir: “Bildiyiniz kimi bu yaxınlarda, Silahlı Qüvvələr günü ərəfəsində, Azərbaycan Respublikasının Prezidenti bir qrup zabitə yeni   mənzillərin orderlərini təqdim etmişdir. Bu ənənə bu gün də davam etdirilir. Mən sizə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin adından yeni mənzillərin orderlərini təqdim edir, hər birinizə ailə səadəti, hərbi xidmətinizdə uğurlar və ərazi bütövlüyümüzün bərpası işində müvəffəqiyyətlər arzulayıram”.