Yanvarın 6-da Müşviqabad yaşayış qəsəbəsi yaxınlığında xidməti vəzifələrini yerinə yetirərkən aşağıda adları göstərilən hərbi qulluqçular avtomobil qəzasına düşmüş və həlak olmuşlar:
- Polkovnik-leytenant Həmidov Namiq Əziz oğlu (25 dekabr 1963-cü ildə anadan olub, Bakı şəhəri Xətai RHK tərəfindən 1981-ci ildə hərbi xidmətə çağrılıb);
- Mayor Axundov Namiq Nurəddin oğlu (30 iyul 1956-cı ildə anadan olub, Bakı şəhəri Yasamal RHK tərəfindən 1994-cü ildə hərbi xidmətə çağrılıb);
- Leytenant Abdullayev Mehman Tahir oğlu (06 iyun 1982-ci ildə anadan olub, Bərdə RHK tərəfindən 2000-ci ildə hərbi xidmətə çağrılıb);
- Əsgər Məmmədəv Elvin Elbrus oğlu (1987-ci ildə anadan olub, Göyçay RHK tərəfindən 2005-ci ilin iyul ayında hərbi xidmətə çağrılıb);
Baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb. İstintaq aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçuların valideynlərinə və doğmalarına dərin hüznlə başsağlığı verir, onlara Allahdan səbr diləyir.