AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Avqustun 8-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Vasili İstratovu qəbul etmişdir.
Avqustun 7-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Bernar dü Şafonu və missiyasını başa vurmuş hərbi attaşesi polkovnik-leytenant Mark Babünü qəbul etmişdir.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 2-də saat 16:15-dən 16:25-dək Noyamberyan rayonunun Barekamavan kəndinin şimal-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Yanıxçal dağı yaxınlığındakı mövqelərini;- avqustun 3-də saat 02:45-dən 03:35-dək Tərtər rayonunun işğal olunmuş Cerabert kəndinin cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 30-da saat 13:30-dan 13:45-dək Tərtər rayonunun Həsənqaya kəndinin 2,5 km şimal-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini;- iyulun 31-də saat 01:50-dən 02:30-dək Tərtər rayonunun işğal olunmuş Cerabert kəndinin 3,5 km cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 28-də saat 20:10-dan 20:30-dək Tərtər rayonunun işğal olunmuş Cerabert kəndinin 3,5 km şimal-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin sahəsində yerləşən üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
İyulun 27-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Oklahoma ştatı Milli Qvardiyasının Komandanı general-mayor Harri Vyattı və nümayəndə heyətini qəbul etmişdir.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 20-də saat 17:55-dən 18:10-dək Tovuz rayonunun Koxanəbi kəndinin 1 km cənub-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
İyulun 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Peter Semnebini qəbul etmişdir.
İyulun 7-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Ann Dorsini qəbul etmişdir.
İyulun 5-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Koreya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti vəkili cənab Lyu Kvanq-çulu qəbul etmişdir.