İyulun 5-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Koreya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti vəkili cənab Lyu Kvanq-çulu qəbul etmişdir.
Müdafiə naziri qonağı salamladıqdan sonra Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin səbəbləri, nəticələri və həllinin vəziyyəti barədə söhbət açmışdır.
Cənab L.Kvanq-çul öz növbəsində Koreya Respublikasında mövcud olan ictimai-siyasi vəziyyət barəsində general-polkovnik S.Əbiyevi məlumatlandırmış və Koreya Respublikasının Ermənistan-Azərbaycan münaqişəsinin həllində Azərbaycanın mövqeini dəstəklədiyini vurğulamışdır.
Görüş zamanı Azərbaycanla Koreya arasında hərbi əməkdaşlığa başlamağın mümkünlüyü müzakirə mövzusu olmuşdur.