AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində sentyabrın 5-dən 9-dək Bakı şəhərində (Azərbaycan Respublikası) “Müəllimlər üçün hərbi ingilis dili üzrə təlim seminarı” və sentyabrın 5-dən dekabrın 12-dək Budapeşt şəhərində (Macarıstan Respublikası) “Hərbi ingilis dili” kursu keçirilir.
Sentyabrın 1-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri doktor Lauri Bristou və Britaniya Hərbi Məsləhət-Təlim Qrupunun komandiri polkovnik Xyu Pyorseli qəbul etmişdir.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 29-da saat 17:15-dən 17:20-dək Qazax rayonunun işğal olunmuş Aşağı Əskipara kəndinin 0,7 km şimalında və 0,4 km cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini; -saat 22:40-dan 22:50-dək Qazax rayonunun Məzəmli kəndinin 0,2 km cənubunda yerləşən mövqelərindən Məzəmli kəndini; -saat 23:40-dan 23:50-dək Xocavənd rayonunun işğal olunmuş Kuropatkino kəndinin 1,2 km şimal-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Rusiya Federasiyasının Müdafiə naziri Serqey İvanovun dəvətilə MDB dövlətləri Hava Hücumundan Müdafiə Qüvvələrinin “Döyüş Birliyi-2005” təliminin döyüş atışı mərhələsinin keçirilməsində müşahidəçi kimi iştirak etmək üçün avqustun 29-da Həştərxan şəhərinə yola düşmüşdür.
Avqustun 25-də saat 16:35-dən saat 17:10-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tərtər rayonunun Çaylı kəndinin 2.5 km şimal-şərqində və 1 km şimalında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin sahəsindəki üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Azərbaycan Respublikası ilə Ukrayna arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, avqustun 22-dən 24-dək Bakı şəhərində “Hərbi səhra cərrahiyəsi” kursu;Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, avqustun 22-dən 25-dək Həştərxan şəhərində “Xəzər dənizində təhlükəsizlik, axtarış və xilasetmə” mövzusunda seminar;Azərbaycan Respublikası ilə Polşa arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, avqustun 22-dən 26-dək “Hərbi jurnalistlərin Polşaya səfəri”;Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, avqustun 22-dən sentyabrın 16-dək Bakı şəhərində “Sülhü dəstəkləmə əməliyatları üzrə təlimatçılar üçün kurs”;Azərbaycan Respublikası ilə Latviya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, avqustun 23-dən 26-dək Riqa şəhərində “Təbii və texnogen fəlakətlər və mümkün olan terror aktlarının qarşısının alınması üzrə dövlətlərarası əməkdaşlıq sahəsində mülki-hərbi fövqəladə planlaşdırma təlimi”nin seminarı keçirilir.
Azərbaycan Respublikasının Müdafıə naziri general-polkovnik Səfər Əbiyev Latviya Respublikasının Müdafıə naziri cənab Eynars Repşenin dəvətilə avqustun 15-i və 16-da Riqa şəhərində rəsmi səfərdə olmuşdur.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Latviya Respublikasının Müdafiə naziri cənab Eynars Repşenin dəvətilə avqustun 15-də Riqa şəhərinə rəsmi səfərə yola düşmüşdür.
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 15-də saat 04:15-dən 04:30-dək Tərtər rayonunun işğal olunmuş Ceraberd kəndinin 2,5 km cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Qarmiravan kəndi sahəsindəki mövqelərini avtomatlardan atəşə tutmuşlar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 13-də saat 00:05-dən 00:35-dək və saat 00:40-dan 01:00-dək Xocavənd rayonunun işğal olunmuş Kuropatkino kəndinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan atəşə tutmuşlar.