Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Dekabr 2006 00:01

Müdafiə Nazirliyinin məlumatı

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu il dekabrın 13-də Azərbaycan Respublikasının Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki və Günter Folk keçirəcəklər.
Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, Miroslav Vımetal və Jaslan Nurtazin keçirəcəklər.