Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 20 Fevral 2007 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 20-də saat 05:35-dən 06:15-dək Ağdam rayonunun işğal olunmuş Yusifcanlı kəndinin 2,5 km cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 18 Fevral 2007 00:01

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri, Dubay Əmiri və müdafiə naziri şeyx Məhəmməd Bin Rəşid Əl-Məktumun dəvətilə 8-ci Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün fevralın 17-də Abu-Dabi şəhərinə yola düşmüşdür.

Müdafiə Nazirliyinin məlumatı 13 Fevral 2007 00:01

ATƏT-in fəliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu il fevralın 14-də Azərbaycan Respublikasının Xocavənd rayonunun Aşağı Veysəlli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 12 Fevral 2007 00:01

Fevralın 12-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi cənab Piter Rodmanı və nümayəndə heyətini qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 7 Fevral 2007 00:01

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu-generalı Yaşar Böyükkanıtın dəvəti ilə fevralın 5-dən 6-dək Türkiyə Respublikasında rəsmi səfərdə olmuşdur.

Müdafiə Nazirliyinin məlumatı 5 Fevral 2007 00:01

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu-generalı Yaşar Böyükkanıtın dəvəti ilə fevralın 5-də Ankaraya rəsmi səfərə getmişdir.

Müdafiə Nazirliyinin məlumatı 1 Fevral 2007 00:01

Fevralın 1-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Republikasının Hərbi Akademiyalar komandanının müavini korpus generalı Selahattin Uğurlunu və nümayəndə heyətini qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 31 Yanvar 2007 00:01

Yanvarın 31-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Republikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Hüseyn Avni Karslıoğlunu qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 30 Yanvar 2007 00:01

ATƏT-in fəliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu il yanvarın 31-də Azərbaycan Respublikasının Goranboy rayonunun Borsunlu kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 17 Yanvar 2007 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 17-də saat 02:05-dən 02:35-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.