Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Fevral 2007 00:01

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu-generalı Yaşar Böyükkanıtın dəvəti ilə fevralın 5-dən 6-dək Türkiyə Respublikasında rəsmi səfərdə olmuşdur.
Azərbaycanın müdafiə naziri Etimesqut hərbi hava limanında Türkiyə Respublikası Baş Qərargah rəisi ordu-generalı Yaşar Böyükkanıt tərəfindən qarşılandıqdan sonra səfərini Türkiyə Respublikasının banisi, ulu öndər Mustafa Kamal Atatürkün Anıt məqbərəsini ziyarətlə başlamış, məzarın önünə əklil qoymuş və Fəxri Qonaqlar kitabına ürək sözlərini yazmışdır.
Həmin gün ordu generalı Y.Böyükkanıt general-polkovnik S.Əbiyevi və nümayəndə heyətini qəbul etmişdir. Ordu generalı Y.Böyükkanıt qonaqları salamlayaraq qeyd etmişdir ki, biz ümummilli lider, mərhum H.Əliyevin dediyi kimi bir millət iki dövlətik və bizim bütün sahələrdə olduğu kimi müdafiə sahəsində də əməkdaşlığımız uğurla davam etdirilir.
General-polkovnik S.Əbiyev Ankaraya rəsmi səfərə dəvət edildiyinə görə ordu generalına təşəkkür etdikdən sonra söyləmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycan-Türkiyə hərbi əməkdaşlığını yaxından dəstəkləyir və onun inkişafına kömək göstərir.
Görüş zamanı Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının mövcud durumu və gələcək perspektivləri ətraflı müzakirə edilmişdir.
Görüşün sonunda general-polkovnik S.Əbiyev Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının yeni Saziş layihələrini ordu generalı Y.Böyükkanıta təqdim etmişdir.
Həmin gün Türkiyə Respublikasının Prezidenti cənab Əhməd Necdet Sezər general-polkovnik S.Əbiyevi qəbul etmişdir.
Prezident Ə.N.Sezər qeyd etmişdir ki, Azərbaycan və Türkiyə arasında möhkəm əlaqələr vardır. Türkiyə Azərbaycanı bütün sahələrdə bundan sonra da dəstəkləyəcək, Azərbaycanın Avro-Atlantik məkana inteqrasiyasında ona yaxından kömək göstərəcəkdir.
Prezident Ə.N.Sezər qeyd etmişdir ki, qardaş Azərbaycan və qonşu Gürcüstan dövlətilə birgə həyata keçirdiyimiz Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Qars-Axalkalaki-Tbilisi-Bakı dəmiryolu layihəsi çox önəmlidir. Biz Dağlıq Qarabağ probleminin həllində də Azərbaycana bundan sonra da yardımımızı davam etdirəcəyik.
Sizin bu səfərinizin müdafiə sahəsində Türkiyə-Azərbaycan əməkdaşlığını daha da gücləndirəcəyinə inanıram.
Prezident Ə.N.Sezər onun salamlarını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə çatdırmağı xahiş etmişdir.
General-polkovnik S.Əbiyev qəbul üçün Prezident Ə.N.Sezərə təşəkkür etmiş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını ona çatdırmışdır.
General-polkovnik S.Əbiyev Ermənistan-Azərbaycan münaqişəsi həllinin indiki vəziyyəti, Azərbaycan Silahlı Qüvvələrində aparılan islahatlar və Azərbaycan Ordusunun mövcud durumu haqqında Türkiyə Respublikasının Prezidentinə ətraflı məlumat vermişdir. O, qeyd etmişdir ki, müdafiə sahəsinə dövlət qayğısı güclənir, hərbi büdcəmiz durmadan artır, Azərbaycan Silahlı Qüvvələri qüvvətlənir və onun imkanları genişlənir.
Fevralın 6-da Türkiyə Respublikasının müdafiə naziri cənab Vecdi Gönül general-polkovnik S.Əbiyevi qəbul etmişdir.
Görüş zamanı tərəflər müdafiə sahəsində əməkdaşlığın vəziyyəti və perspektivləri haqqında geniş fikir mübadiləsi aparmışlar.
General-polkovnik S.Əbiyev Türkiyə Respublikasının müdafiə nazirini Azərbaycana rəsmi səfərə dəvət etmişdir.
Həmin gün Türkiyə Respublikasının Baş naziri cənab Rəcəb Tayyib Ərdoğan general-polkovnik S.Əbiyevi və nümayəndə heyətini qəbul etmişdir.
Türkiyənin Baş naziri qonaqları salamladıqdan sonra səfərin gedişi ilə maraqlanmışdır.
General-polkovnik S.Əbiyev cənab R.T.Ərdoğana qəbul üçün təşəkkür etmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını ona çatdırmış və keçirdiyi görüşlər barəsində ətraflı məlumat vermişdir. O, Azərbaycanın həyata keçirdiyi iqtisadi layihələrin qardaş Türkiyə Respublikasının iştirakı ilə reallaşmasından məmnun qaldığını bildirmişdir.
General-polkovnik S.Əbiyev Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının uğurla davam etdirildiyi, Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına keçirildiyi, Ermənistan-Azərbaycan münaqişəsinin həlli barəsində cənab R.T.Ərdoğana ətraflı məlumat vermişdir. O, təəssüflə qeyd etmişdir ki, sülh danışıqları heç bir nəticə vermir. Ona görə də biz Azərbaycan Silahlı Qüvvələrini gündən-günə gücləndiririk.
General-polkovnik S.Əbiyev Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət və havadarlarının işğalçı Ermənistan dövlətinə ardıcıl yardım göstərdiyi haqqında məlumat verərək qeyd etmişdir ki, bölgədə Türkiyə ilə Azərbaycanın bir düşməni vardır. O, da işğalçı Ermənistan dövlətidir.
Cənab R.T.Ərdoğan cavab olaraq söyləmişdir ki, biz həmişə Azərbaycanla yanaşı, olmuşuq, bundan sonra da belə olacaqdır. Biz bir-birimizə arxa və dayaq olmalıyıq. Türkiyə bütün sahələrdə olduğu kimi Ermənistan-Azərbaycan münaqişəsi həll olunmayınca Türkiyə sərhəd davam etməlidir. Birliyimizin faydası çox böyükdür. Sonra o, Qars-Axalkalaki-Tbilisi-Bakı dəmiryolunun əhəmiyyətindən general-polkovnik S.Əbiyev Təlim və Doktrina fəaliyyəti ilə yaxından tanış olmuşdur. Nümayəndə heyəti fevralın 6-da Vətənə qayıtmalıdır.