Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Fevral 2007 00:01

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu-generalı Yaşar Böyükkanıtın dəvəti ilə fevralın 5-də Ankaraya rəsmi səfərə getmişdir.
Səfər proqramında Türkiyə Respublikasının Prezidenti cənab Əhməd Necdet Sezar, Baş naziri cənab Rəcəb Tayyib Ərdoğan, müdafiə naziri cənab Vecdi Gönül və Baş Qərargah rəisi ordu-generalı Yaşar Böyükkanıtla görüşlər nəzərdə tutulmuşdur.
Səfər fevralın 6-da başa çatacaqdır.