AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 1-də saat 19:30-dan 19:50-dək Daşkəsən rayonunun ərazisindəki Hinal dağında yerləşən mövqelərdən;- saat 22:00-dan 22:35-dək və noyabrın 1-i saat 06:00-dan 06:30-dək Tərtər rayonunun Çaylı, Göyarx və Çiləbürt kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;- saat 22:20-dən 22:35-dək və saat 05:15-dən 05:35-dək Ağdam rayonunun Cəvahirli və Tağıbəyli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;- saat 23:20-dən 03:06-dək fasilələrlə Füzuli rayonunun Qorqan, Alxanlı və Horadiz kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;- saat 03:45-dən 04:05-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 31-də saat 18:35-də Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndi sahəsində yerləşən mövqelərini;- saat 17:15-dən noyabrın 1-i saat 02:10-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Əbdürrəhmanlı və Qaraxanbəyli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;- saat 20:50-dən 02:05-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən;- saat 21:10-dan 04:20-dək fasilələrlə Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən; - noyabrın 1-də saat 02:20-dən 02:25-dək və saat 04:30-dan 05:05-dək Tərtər rayonunun Çaylı və Çiləbürt kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Noyabrın 1-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Çexiya Respublikası Xarici İşlər nazirinin birinci müavini cənab Tomas Poyarı qəbul etmişdir.
Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 30-da saat 22:00-dan 22:05-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin yaxınlığında yerləşən mövqelərdən;- saat 23:45-dən 00:10-dək Tərtər rayonunun Seysulan kəndinin yaxınlığında yerləşən mövqelərdən;- oktyabrın 1-də saat 05:15-dən 05:25-dək Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 29-da saat 18:50-dən 19:10-dək Ağdam rayonunun Şıxlar kəndinin yaxınlığında yerləşən mövqelərdən;- saat 23:45-dən 00:15-dək Tərtər rayonunun Çaylı və Göyarx kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Hərbi qulluqçu Kamran Əsədovun törətdiyi cinayət hadisəsi ilə əlaqədar mətbuatın bir-birini təkzib edən mülahizələr irəli sürməsinin mahiyyəti hələ ki, tam aydın olmadığından yolverilməzdir.
Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 29-da saat 01:00-dan 01:10-dək Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən;- saat 04:27-dən 04:30-dək Qazax rayonunun Cəfərli kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 2-də saat 01:10-dan 01:20-dək və saat 03:00-dan 03:15-dək Füzuli rayonunun Horadiz kəndinin şimal-şərqində yerləşən mövqelərdən;- saat 05:30-dan 05:45-dək həmin rayonun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
“N” saylı hərbi hissədə xidmət edən Əsədov Kamran Şamil oğlunun hərbi hissəni özbaşına tərk etməsi ilə əlaqədar olaraq kütləvi informasiya vasitələrinin həqiqətə uyğun gəlməyən versiyalarla ictimaiyyətdə çaşqınlıq yaratmaları təəssüf doğurur.
Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 25-də saat 18:50-dən 18:55-dək Ermənistan Respublikası İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndi sahəsində yerləşən mövqelərini;- saat 17:30-dan 17:40-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 19:25-dən 21:00-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Əbdürrəhmanlı kəndinin yaxınlığında yerləşən mövqelərdən;- saat 22:45-dən 23:35-dək fasilələrlə Qazax rayonunun Cəfərli kəndinin yaxınlığında yerləşən mövqelərdən;- oktyabrın 26-da saat 00:10-dan 05:50-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən;- saat 01:10-dan 05:45-dək fasilələrlə Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.