AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 2-də saat 01:10-dan 01:20-dək və saat 03:00-dan 03:15-dək Füzuli rayonunun Horadiz kəndinin şimal-şərqində yerləşən mövqelərdən;
- saat 05:30-dan 05:45-dək həmin rayonun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.