Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Oktyabr 2007 00:01

Müdafiə Nazirliyinin məlumatı

“N” saylı hərbi hissədə xidmət edən Əsədov Kamran Şamil oğlunun hərbi hissəni özbaşına tərk etməsi ilə əlaqədar olaraq kütləvi informasiya vasitələrinin həqiqətə uyğun gəlməyən versiyalarla ictimaiyyətdə çaşqınlıq yaratmaları təəssüf doğurur. Hətta son günlər respublikada baş verən bəzi cinayət hadisələrini bu faktla əlaqələndirməyə çalışan mətbuat orqanları da vardır. Biz bunu doğru hesab etmirik.
Faktla bağlı cinayət işi qaldırılmışdır. İndi bu istiqamətdə ciddi araşdırmalar gedir. Heç şübhəsiz ki, hadisə dəqiqliyi ilə müəyyən olunacaq və bu barədə ictiamaiyyət məlumatlandırılacaqdır.
Silahlı Qüvvələrdə nizamnamələrin tələblərinə ciddi şəkildə əməl olunur. Odur ki, bəzi kütləvi informasiya vasitələrində hərbçinin guya ki, saqqal saxlaması ilə bağlı məlumatlar həqiqətə uyğun deyildir. Kamran Əsədov xidmət etdiyi dövrdə nə xarici görünüşü, nə də geyimlə bağlı hərbi nizamnamələrin tələblərini pozmamışdır.