Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Noyabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 1-də saat 19:30-dan 19:50-dək Daşkəsən rayonunun ərazisindəki Hinal dağında yerləşən mövqelərdən;
- saat 22:00-dan 22:35-dək və noyabrın 1-i saat 06:00-dan 06:30-dək Tərtər rayonunun Çaylı, Göyarx və Çiləbürt kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;
- saat 22:20-dən 22:35-dək və saat 05:15-dən 05:35-dək Ağdam rayonunun Cəvahirli və Tağıbəyli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;
- saat 23:20-dən 03:06-dək fasilələrlə Füzuli rayonunun Qorqan, Alxanlı və Horadiz kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;
- saat 03:45-dən 04:05-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.