Noyabrın 1-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Çexiya Respublikası Xarici İşlər nazirinin birinci müavini cənab Tomas Poyarı qəbul etmişdir.
Görüş zamanı Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsi və Azərbaycan-Çexiya ikitərəfli əlaqələrinin perspektivləri barəsində fikir mübadiləsi aparılmışdır.
Görüşdə Çexiya Respublikasının Gürcüstanda və eyni zamanda Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Yozef Vrabets iştirak etmişdir.