Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Noyabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 31-də saat 18:35-də Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndi sahəsində yerləşən mövqelərini;
- saat 17:15-dən noyabrın 1-i saat 02:10-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Əbdürrəhmanlı və Qaraxanbəyli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;
- saat 20:50-dən 02:05-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən;
- saat 21:10-dan 04:20-dək fasilələrlə Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən;
  - noyabrın 1-də saat 02:20-dən 02:25-dək və saat 04:30-dan 05:05-dək Tərtər rayonunun Çaylı və Çiləbürt kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.