AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində:Ankara şəhərində (Türkiyə) "Sülhməramlı əməliyyatlarda qaçqınların idarə edilməsi" üzrə kurs (12-16 noyabr);Split şəhərində (Xorvatiya) "Combined Endevor 2008" təliminin ilkin planlaşdırma konfransı (13-16 noyabr);Bakı şəhərindo Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində elan edilmiş bölüyün özünü-qiymətləndirmə təlimi (13-15 noyabr) və NATO-nun Ali Birləşmiş Transformasiya Komandanlığının ekspert qrupu ilə işçi görüşü (13-16 noyabr) keçirilir.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 9-da saat 21:00-dan 21:05-dək və noyabrın 10-da saat 05:00-dan 05:15-dək Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən;- saat 22:00-dan 22:15-dək və noyabrın 10-da saat 02:10-dan 02:20-dək Füzuli rayonunun Qaraxanbəyli kəndinin yaxınlığında yerləşən mövqelərdən;- noyabrın 10-da saat 02:00-dan 02:30-dək Xocavənd rayonunun Kuropatkino kəndinin yaxınlığında yerləşən mövqelərdən;- saat 03:20-dən 04:00-dək Tərtər rayonunun Çiləbürt kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 8-də saat 22:40-dan 22:50-dək Füzuli rayonunun Qaraxanbəyli kəndinin yaxınlığında yerləşən mövqelərdən;- saat 18:10-dan 19:35-dək fasilələrlə və noyabrın 9-da saat 05:45-dən 06:10-dək Ağdam rayonunun Sarıcalı və Cəvahirli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;- saat 00:30-dan 01:00-dək Tərtər rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutumuşlar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 7-də saat 23:20-dən 23:40-dək Ağdam rayonunun Nəmirli kəndinin cənub-şərqində yerləşən mövqelərdən;- noyabrın 8-də saat 00:20-dən 00:40-dək həmin rayonun Cəvahirli kəndinin yaxınlığmda yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 6-da saat 20:10-dan 20:30-dək və noyabrın 7-də saat 00:01-dən 00:30-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı və Alxanlı kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;- saat 06:10-dan 06:30-dək Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 5-də saat 21:35-dən 21:40-dək və noyabrın 6-da saat 00:30-dan 00:35-dək Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən;- saat 21:45-dən noyabrın 6-sı saat 05:30-dək fasilələrlə Ağdam rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən;- saat 23:15-dən 23:40-dək Goranboy rayonunun Gülüstan, Borsunlu və Tapqaraqoyunlu kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;- saat 00:30-dan 00:45-dək Füzuli rayonunun Qaraxanbəyli kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu il noyabrın 6-da Azərbaycan Respublikasının Tovuz rayonunun Əlibəyli kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 4-də saat 17:15-dən 18:30-dək Ermənistan Respublikası Berd rayonunun Ayqepar kəndinin şimal-şərqində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Əlibəyli kəndi sahəsindəki mövqelərini;- saat 22:50-dən 23:50-dək Tərtər rayonunun Çiləbürt kəndinin yaxınlığında yerləşən mövqelərdən;- saat 21:30-dan noyabrın 5-də saat 04:45-dək fasilələrlə Ağdam rayonunun Mərzili və Cəvahirli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;- saat 03:24-dən 03:45-dək Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən;- saat 06:20-dən 06:40-dək Füzuli rayonunun Qaraxanbəyli kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində:- Tbilisi şəhərində (Gürcüstan) "Hərbi Hava Qüvvələri komandanlarının konfransı” (5-7 noyabr);- Budapeşt şəhərində (Macarıstan) "Təkmilləşdirilmiş hərbi terminologiya" kursu (5-16 noyabr);- Heydelberq şəhərində (Almaniya) "Əməliyyat İmkanları Konsepsiyası" mövzusunda konfrans (6 noyabr) keçirilir.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 2-də saat 23:05-dən 23:15-dək və noyabrın 3-də saat 01:30-dan 01:45-dək Ağdam rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən;- saat 00:15-dən 00:30-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən;- saat 01:10-dan 01:25-dək Füzuli rayonunun Qaraxanbəyli kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.