Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Noyabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində:
- Tbilisi şəhərində (Gürcüstan) "Hərbi Hava Qüvvələri komandanlarının konfransı” (5-7 noyabr);
- Budapeşt şəhərində (Macarıstan) "Təkmilləşdirilmiş hərbi terminologiya" kursu (5-16 noyabr);
- Heydelberq şəhərində (Almaniya) "Əməliyyat İmkanları Konsepsiyası" mövzusunda konfrans (6 noyabr) keçirilir.
Azərbaycan Respublikası ilə Litva arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində müdafiə ilə bağlı milli qanunvericilik sistemi ilə tanışlıq (5-8 noyabr);
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq İstanbul şəhərində Türk Hərbi Dəniz Qüvvələrində maddi-texniki təminat sisteminin araşdırılması və Gölcük təchizat mərkəzinin komandanlığı ilə tanışlıq (5-9 noyabr) və Ankara şəhərində "Xəritə hazırlığı" üzrə staj (9 noyabr-7 dekabr);
Azərbaycan Respublikası ilə ABŞ arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində "Poliqon sahəsinin istismarı" üzrə təlim kursu (7-9 noyabr);
Azərbaycan Respublikası ilə Almaniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Hürt şəhərində "Quru Qoşunları Baş Qərargah kursu" (07 noyabr 2007-12 iyun 2009) və "Hərbi Dəniz Qüvvələri Baş Qərargah kursu" (07 noyabr 2007-12 iyun 2009) keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.