AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 6-da saat 20:10-dan 20:30-dək və noyabrın 7-də saat 00:01-dən 00:30-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı və Alxanlı kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;
- saat 06:10-dan 06:30-dək Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.