Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Noyabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 4-də saat 17:15-dən 18:30-dək Ermənistan Respublikası Berd rayonunun Ayqepar kəndinin şimal-şərqində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Əlibəyli kəndi sahəsindəki mövqelərini;
- saat 22:50-dən 23:50-dək Tərtər rayonunun Çiləbürt kəndinin yaxınlığında yerləşən mövqelərdən;
- saat 21:30-dan noyabrın 5-də saat 04:45-dək fasilələrlə Ağdam rayonunun Mərzili və Cəvahirli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;
- saat 03:24-dən 03:45-dək Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən;
- saat 06:20-dən 06:40-dək Füzuli rayonunun Qaraxanbəyli kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.