Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Noyabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 5-də saat 21:35-dən 21:40-dək və noyabrın 6-da saat 00:30-dan 00:35-dək Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən;
- saat 21:45-dən noyabrın 6-sı saat 05:30-dək fasilələrlə Ağdam rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən;
- saat 23:15-dən 23:40-dək Goranboy rayonunun Gülüstan, Borsunlu və Tapqaraqoyunlu kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;
- saat 00:30-dan 00:45-dək Füzuli rayonunun Qaraxanbəyli kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.