Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 3 Dekabr 2007 00:02

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində:- Ankara şəhərində (Türkiyə) "Terrorizm və Media” kursu (03-07 dekabr);- Bakı şəhərində "Hərbi terminologiya" kursu (03-07 dekabr);- London şəhərində (Böyük Britaniya) "Silahlara nəzarət" üzrə ekspeditsiya (03-09 dekabr);- Odessa şəhərində (Ukrayna) "Sea Breeze 2008" təliminin İlkin Planlaşdırma Konfransı (05-07 dekabr) keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 3 Dekabr 2007 00:01

Keçən həftə Ermənistanın baş naziri S.Sarkisyan xarici mətbuat nümayəndələri ilə görüşdə Azərbaycana qarşı həyasız ittihamlarını davam etdirib.

Müdafiə Nazirliyinin məlumatı 3 Dekabr 2007 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 2-də saat 15:45-dən 16:05-dək Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndinin cənub-qərbində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağdam kəndi yaxınlığındakı mövqelərini;- saat 18:36-dan dekabrın 3-ü saat 05:15-dək fasilələrlə Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən;- saat 00:15-dən 05:35-dək fasilələrlə Ağdam rayonunun Cəvahirli və Tağıbəyli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 1 Dekabr 2007 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 1-də saat 00:05-dən 00:07-dək Füzuli rayonunun Alxanlı kəndinin yaxınlığında yerləşən mövqelərdən;- saat 00:55-dən 04:25-dək fasilələrlə Ağdam rayonunun Cəvahirli və Tağıbəyli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;- saat 04:45-dən 05:15-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 30 Noyabr 2007 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 29-da saat 19:05-dən 22:35-dək fasilələrlə Tərtər rayonunun Çiləburt kəndinin yaxınlığında yerləşən mövqelərdən;- saat 22:10-dan 22:40-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Borsunlu kəndinin yaxınlığında yerləşən mövqelərdən;- saat 19:30-dan noyabrın 30-u saat 02:45-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 29 Noyabr 2007 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 28-də saat 18:40-dan 19:15-dək Tərtər rayonunun Qapanlı kəndinin yaxınlığında yerləşən mövqelərdən;- saat 22:40-dan 22:50-dək Füzuli rayonunun Alxanlı kəndinin yaxınlığında yerləşən mövqelərdən;- noyabrın 29-da saat 01:00-dan 04:40-dək fasilələrlə Ağdam rayonunun Sarıcalı və Cəvahirli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 28 Noyabr 2007 00:01

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Qazax rayonunun Aşağı Əskipara kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 28 Noyabr 2007 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 27-də saat 13:25-dən noyabrın 28-i saat 05:15-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən;- saat 21:05-dən 21:15-dək Füzuli rayonunun Qaraxanbəyli kəndinin yaxınlığında yerləşən mövqelərdən;- noyabrın 28-də saat 05:50-dən 06:10-dək Ağdam rayonunun Tağıbəyli və Cəvahirli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 28 Noyabr 2007 00:00

Rusiya Federasiyasının Müdafiə naziri Anatoliy Serdyukov Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin dəvətilə noyabrın 27-də Bakıya rəsmi səfərə gəlmişdir.

Müdafiə Nazirliyinin məlumatı 27 Noyabr 2007 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 26-da saat 20:35-dən 21:05-dək və noyabrın 27-də saat 04:00-dan 04:15-dək Ağdam rayonunun Cəvahirli və Şıxlar kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;- saat 00:40-dan 02:40-dək fasilələrlə Füzuli rayonunun Qaraxanbəyli və Alxanlı kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;- saat 02:40-dan 03:25-dək fasilələrlə Tərtər rayonunun Həsənqaya kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.