Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Dekabr 2007 00:01

Müdafiə Nazirliyinin məlumatı

Keçən həftə Ermənistanın baş naziri S.Sarkisyan xarici mətbuat nümayəndələri ilə görüşdə Azərbaycana qarşı həyasız ittihamlarını davam etdirib. Görünür Müdafiə naziri cənab S.Əbiyevin bölgədə vəziyyətin dəyişəcəyi, dinc nizamlanma bir səmərə verməzsə müharibə ehtimalının qaçılmaz olduğu barədə həqiqəti əks etdirən fikirləri insan qatili S.Sarkisyanın xoşuna gəlməyib. Çünki ağlı o qədər çatdırır. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün iki yol vardır: Ya sülh, ya da müharibə. Üçüncü yol yoxdur. İndiyəcən sülh danışıqları Ermənistanın işğalçı və qəsbkar siyasəti nəticəsində bir fayda vermədiyindən təcavüzkarı öz torpaqlarından təmizləməsi Azərbaycanın suveren hüququdur. Bunun üçün ölkəmizin hər cür imkanı var. Düşməni təşvişə salan da budur.
Mətbuat nümayəndələri ilə görüş zamanı S.Sarkisyan Ermənistanda guya ki, həyata keçirilən bir sıra iqtisadi-sosial, hərbi məsələlərdən də danışmaq istəyib. Jurnalistlərin ondan dedikləri barədə konkret misallar gətirməyi soruşanda isə susub. Amma üzə çıxarılacaq bir şey yoxdur. Əhali aclıq və səfalət içərisindədir. Ermənistanın iqtisadiyyatı, kənd təsərrüfatı demək olar ki, dağılıb. Ağılsız siyasəti ilə Ermənistan özünü bütün qlobal layihələrdən kənarda saxlayıb. Orduda fərarilik, ölüm halları son üç ildə qat-qat çoxalıb. Hərbi hissələrdə istilik təchizatı olmadığından yaxın bir ayda beş erməni əsgəri soyuqdəymədən vəfat etmişdir. Generallarla dövlət rəhbərliyi arasında qarşıdurma artıq açıcı müstəviyə keçib. Əhalinin həm orduya, həm də ölkə rəhbərliyinə inamı təmamilə qırılıb. Ermənistan baş prokurorunun verdiyi məlumata görə təkcə bir il ərzində 46 hərbi qulluqçu rüşvət alma və digər nizamnamədən kənar cinayət törətdiyinə görə mühakimə olunmuşdur. İxtisasca vəkil olan Ermənistan parlamentinin üzvü Zaruhi Bostançyanın erməni ordusunda hərbi nizamnamələrə uyğun olan qanuni cəza mexanizmlərinin yoxluğu barədə verdiyi bəyanatda Ermənistanın silahlı qüvvələrində hansı vəziyyətin hökm sürdüyünü aydın görmək mümkündür. Erməni ordusunda qeyri-rəsmi nəzarətçilər mövcuddur. Birləşmə komandirləri idarəetməni onların vasitəsilə həyata keçirirlər. Qanunsuz nəzarətçilər hər şeyi həll edir və tabe olmayanları cəzalandırır. Məzuniyyətə göndərilən əsgərlər həmin nəzarətçilərə müxtəlif hədiyyələr, pul, siqaret, yemek, mobil telefonun kredit kartlarını gətirirlər.
S.Sarkisyan xarici jurnalistlərlə görüşərkən Azərbaycan barədə uydurma fikirləri deməkdənsə, ölkəsindəki bu özbaşınalıqlardan söhbət açsaydı daha yaxşı olardı. Görünür buna ermeni xisləti imkan verməyib.