Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Dekabr 2007 00:02

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində:
- Ankara şəhərində (Türkiyə) "Terrorizm və Media” kursu (03-07 dekabr);
- Bakı şəhərində "Hərbi terminologiya" kursu (03-07 dekabr);
- London şəhərində (Böyük Britaniya) "Silahlara nəzarət" üzrə ekspeditsiya (03-09 dekabr);
- Odessa şəhərində (Ukrayna) "Sea Breeze 2008" təliminin İlkin Planlaşdırma Konfransı (05-07 dekabr) keçirilir.

Azərbaycan Respublikası ilə Latviya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində "Müdafiə islahatları üzrə tövsiyələr" mövzusunda görüş (03-05 dekabr) ;
Azərbaycan Respublikası ilə Almaniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Vieden şəhərində "Gizirlərin (çavuşların) təhsili və təlimi" üzrə ekspert danışıqları (09-15 dekabr) keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.