Müdafiə Nazirliyinin məlumatı
18 Sentyabr 2000 00:01
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində sentyabrın 18-dən 22-dək Qarmiş-Partenkirxen şəhərində (Almaniya Federativ Respublikası) dövlətlərin təhlükəsizliyinin möhkəmləndirilməsi üzrə konfrans, Latina şəhərində (İtaliya) rabitə və informasiya sistemləri üzrə kurslar, İstanbul şəhərində (Türkiyə Respublikası) "Qara dəniz əməkdaşlığı 2000" təlimləri və Brüssel şəhərində (Belçika Krallığı) beynəlxalq hərbi əməkdaşlıq məsələləri üzrə nümayəndələrin görüşü keçiriləcəkdir.