Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 13 Aprel 2000 00:00

Aprelin 12-də saat 19:00-dan 19:35-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Murov dağın işğal olunmuş sahəsində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonu Gülüstan yaşayış məntəqəsi sahəsində yerləşən mövqelərini atıcı silahlardan ara-sıra atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 7 Aprel 2000 00:00

Aprelin 6-da saat 19:00-dan 19:20-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Krasnoselsk rayonu ərazisində yerləşən yüksəkliklərdəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunun Sümüklü və Ocaqtəpə dağları sahəsindəki mövqelərini iriçaplı pulemyotlardan ara-sıra atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 5 Aprel 2000 00:00

Aprelin 5-də Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında hərbi təhsil sahəsində Protokol imzalanmışdır.

Müdafiə Nazirliyinin məlumatı 4 Aprel 2000 00:00

Aprelin 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Silahlı Qüvvələri Quru Qoşunlarının Təlim və Doktrina komandanı general-polkovnik H.Baha Tüzünərin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 3 Aprel 2000 00:00

Aprelin 3-də Bakı şəhərində NATO-nun “Sülh Naminə Tərfədaşlıq” proqramı çərçivəsində NATO üzvü və tərəfdaş dövlətlər üçün “Fövqəladə vəziyyətlərdə mülki xidmətlərin istifadəsinin planlaşdırılması və hərbi-mülki əməkdaşlıq üzrə” regional kurslar işə başlamışdır.

Müdafiə Nazirliyinin məlumatı 1 Aprel 2000 00:00

Aprelin 3-dən 7-dək Bakıda Fövqəladə vəziyyətlərdə mülki xidmətlərin istifadəsinin planlaşdırılması və hərbi-mülki əməkdaşlıq üzrə regional kurslar keçiriləcək.

Müdafiə Nazirliyinin məlumatı 29 Mart 2000 00:00

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində martın 29-dan 30-dək Brüssel şəhərində (Belçika Krallığı) informasiya təhlükəsizliyi problemləri üzrə kurslar keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 27 Mart 2000 00:00

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində martın 27-dən 31-dək Buxarest şəhərində (Rumıniya) “Kooperativ Best Effort” təlimlərinin planlaşdırılması üzrə əsas konfrans, martın 27-dən aprelin 7-dək Ankara şəhərində (Türkiyə Respublikası) sülhü dəstəkləmə əməliyyatlarında Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Donanması və Quru Qoşunlarının qarşılıqlı əlaqəsi üzrə kurslar, martın 27-dən aprelin 14-dək Oberammergau şəhərində (AFR) NATO üzvü və tərəfdaş dövlətlərin qərargah zabitləri üçün kurslar keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 22 Mart 2000 00:01

Martın 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələri Avropa Komandanlığı Baş Komandanının müavini admiral Çarlz Abbotu, ABŞ Müdafiə nazirinin Rusiya Federasiyası, Ukrayna və Avroasiya üzrə müavinin köməkçisi doktor Çeffri Starrı və onları müşayiət edən şəxsləri qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 22 Mart 2000 00:00

Martın 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələri Avropa Komandanlığı Baş Komandanının müavini admiral Çarlz Abbotu, ABŞ Müdafiə nazirinin Rusiya Federasiyası, Ukrayna və Avroasiya üzrə müavinin köməkçisi doktor Çeffri Starrı və onları müşayiət edən şəxsləri qəbul etmişdir.