Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 8 İyun 2009 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 7-də saat 15:00-dan 15:05-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 5 İyun 2009 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 4-də saat 09:45-dən 09:52-dək və 18:20-dən 18:25-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 21:05-dən 21:15-dək və 22:05-dən 22:15-dək Tərtər rayonunun Çaylı və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 4 İyun 2009 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 3-də saat 21:50-dən 22:05-dək Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi; saat 17:30-dan 18:10-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən;-iyunun 4-də saat 01:10-dan 01:25-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 3 İyun 2009 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 2-də saat 21:45-dən 22:05-dək və 22:35-dən 22:45-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Vozaşen kəndi yaxınlığında yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım və Bala Cəfərli kəndlərindəki üzbəüz mövqelərimizi;-saat 09:25-dən 09:30-dək Füzuli rayonunun Aşağı Əbdurrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;-saat 16:30-dan 16:55-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 2 İyun 2009 00:01

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 3-də Azərbaycan Respublikasının Ağdam rayonunun Mərzili kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 2 İyun 2009 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 1-də saat 17:50-dən 18:10-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun Vosgevan kəndi ərazisində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndindəki üzbəüz mövqelərimizi;- saat 20:10-dan 20:30-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 1 İyun 2009 00:03

Azərbaycan Respublikası ilə Amerika Ştatları arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində Rabitənin əsasları mövzusunda seminar (01-05 iyun); Sülhməramlı əməliyyatların keçirildiyi ərazilər üzrə kəşfiyyat dəstəyi mövzusunda seminar (08-12 iyun); Çavuş hazırlığı kursu (08-13 iyun); Ramstain şəhərində (Almaniya) ABŞ HHQ-nin Avia-Kosmik Əməliyyatlar Mərkəzi ilə tanışlıq (01-05 iyun); San-Antonio şəhərində (ABŞ) Rabitə kapitanları kursu (10 iyun 2009 – 08 aprel 2010); Sofiya şəhərində (Bolqarıstan) Qara Dəniz və Xəzər dənizi təhlükəsizliyi üzrə 4-cü simpozium (13-16 iyun);Azərbaycan Respublikası ilə Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində Döyüşə hazırlıq və davamlılıq mövzusunda təlim (01-14 iyun); Kayseri şəhərində Sərbəst paraşüt kursu (0liyun-24iyul); Ankara şəhərində Hərbi texnikanın taktiki texniki xüsusiyyətlərinin öyrənilməsi üzrə praktiki təlim (02-05 iyun); Hədəf-təyyarələrin istifadə olunması ilə təşkil ediləcək atışlı təlimdə iştirak (09-10 iyun); İstanbul şəhərində “İpək Yolu-2009” general/admiral seminarı (22-23 iyun); Azərbaycan Respublikası ilə İordaniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Amman şəhərində Müdafiə sahəsində əməkdaşlıq üzrə birgə komissiyanın 2-ci görüşü (01-04 iyun); “İordaniya SQ-nin komanda, nəzarət, rabitə, kompüter və informasiya (C4 I) sistemi ilə tanışlıq səfəri» (07-09 iyun);Azərbaycan Respublikası ilə Bolqarıstan arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Sofiya şəhərində “Sülhü Dəstəkləmə əməliyyatları üzrə taktiki ingilis dili kursu” (01-12 iyun); “Təşkilati proseslərin təkmilləşdirilməsi kursu” (08-12 iyun);Azərbaycan Respublikası ilə Almaniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Ştrausberq şəhərində Silahlı Qüvvələr Demokratiyada/mülki heyətin idarə olunması, təhsili və karyera strukturu mövzusunda seminar (15-19 iyun); Bakı şəhərində Silahlara nəzarət üzrə ekspert danışıqları (29 iyun-02 iyul) keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 1 İyun 2009 00:02

-Omsk şəhərində (Rusiya Federasiyası) VTTV Omsk 2009 Müdafiə sərgisi (02-06 iyun); Sankt-Peterburq şəhərində MSVS Müdafiə sərgisi (24-28 iyun);-Afina şəhərində (Yunanıstan) Cənubi Qafqaz və Moldova “Clearing House” konfransı (03-05 iyun);-Bidqoş şəhərində (Polşa) “Beynəlxalq Müdafiənin Transformasiyası” mövzusunda seminar (15-18 iyun) keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 1 İyun 2009 00:01

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərafdaşlıq” proqramı çərçivəsində:- Bakı şəhərində NATO-nun Neapol Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupunun Çoxmillətli Birgə Tapşırıq Qüvvələrinin (CJTF) sahələri üzrə təlim kursu (08 -12 iyun);- Oberammerqau şəhərində (Almaniya) NATO İctimai Əlaqələr kursu (08-19 iyun);- Zaqreb şəhərində (Xorvatiya) Quru Qoşunlarının döyüş hazırlığının qiymətləndirilməsi kursu (CREVAL) (15-19 iyun);- Madrid şəhərində (İspaniya) Quru Qoşunları rabitə və informasiya sistemləri üzrə işçi görüşü (16-18 iyun);- Bulboaca şəhərində (Moldova) Əməliyyat İmkanları Konsepsiyasının Qiymətləndirmə və Rəy (OCC E&F) Proqramı çerçivəsində Quru Qoşunları üzrə qiymətləndiricilər üçün təlim kursu (22-26 iyun);Budapeşt şəhərində (Macarıstan) Müəllimlər üçün hərbi terminologiya kursu (22 iyun-03 iyul);Muğla şəhərində (Türkiyə) Kooperative Mako 2009 təlimində iştirak (27 iyun-12 iyul) keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 1 İyun 2009 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 31-də saat 12:30-da Tərtər rayonunun Çaylı kəndinin yaxınlığındakı postun qarşısında və saat 19:20-də Füzuli rayonunun Aşağı Əbdurrəhmanlı kəndinin yaxınlığındakı postun qarşısında yanğın törətmiş;-saat 18:05-dən 19:05-dək fasilələrlə Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.