AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 1-də saat 17:50-dən 18:10-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun Vosgevan kəndi ərazisində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndindəki üzbəüz mövqelərimizi;
- saat 20:10-dan 20:30-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.