Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 İyun 2009 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 2-də saat 21:45-dən 22:05-dək və 22:35-dən 22:45-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Vozaşen kəndi yaxınlığında yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım və Bala Cəfərli kəndlərindəki üzbəüz mövqelərimizi;
-saat 09:25-dən 09:30-dək Füzuli rayonunun Aşağı Əbdurrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;
-saat 16:30-dan 16:55-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
 Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
 İtki yoxdur.