Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 İyun 2009 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 31-də saat 12:30-da Tərtər rayonunun Çaylı kəndinin yaxınlığındakı postun qarşısında və saat 19:20-də Füzuli rayonunun Aşağı Əbdurrəhmanlı kəndinin yaxınlığındakı postun qarşısında yanğın törətmiş;
-saat 18:05-dən 19:05-dək fasilələrlə Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.