Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 İyun 2009 00:01

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərafdaşlıq” proqramı çərçivəsində:
- Bakı şəhərində NATO-nun Neapol Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupunun Çoxmillətli Birgə Tapşırıq Qüvvələrinin (CJTF) sahələri üzrə təlim kursu (08 -12 iyun);
- Oberammerqau şəhərində (Almaniya) NATO İctimai Əlaqələr kursu (08-19 iyun);
- Zaqreb şəhərində (Xorvatiya) Quru Qoşunlarının döyüş hazırlığının qiymətləndirilməsi kursu (CREVAL) (15-19 iyun);
- Madrid şəhərində (İspaniya) Quru Qoşunları rabitə və informasiya sistemləri üzrə işçi görüşü (16-18 iyun);
- Bulboaca şəhərində (Moldova) Əməliyyat İmkanları Konsepsiyasının Qiymətləndirmə və Rəy (OCC E&F) Proqramı çerçivəsində Quru Qoşunları üzrə qiymətləndiricilər üçün təlim kursu (22-26 iyun);
Budapeşt şəhərində (Macarıstan) Müəllimlər üçün hərbi terminologiya kursu (22 iyun-03 iyul);
Muğla şəhərində (Türkiyə) Kooperative Mako 2009 təlimində iştirak (27 iyun-12 iyul) keçirilir.
“Sülh Naminə Tərəfdaşlıq” proqramına əlavə:
- Tirana şəhərində (Albaniya) “Müdafiə pedaqoqları üçün proqram” kursu (09-12 iyun);
- Budva şəhərində (Çernoqoriya) “Combined Endevor 2009” təliminin yekun planlaşdırma konfransı (09-12 iyun);
- Bakı şəhərində “Eternity 2009” komanda qərargah təliminin əsas planlaşdırma konfransı (09-13 iyun);
- Nis şəhərində (Serbiya) “MEDCEUR-2009” təliminin yekun planlaşdırma konfransı (15-19 iyun);
- Bodoe şəhərində (Norveç) “Vyana 99 sənədi çərçivəsində Norveçin hərbi bazalarına səfər (15-19 iyun);
- Astana şəhərində (Qazaxıstan) Avro-Atlantik Tərəfdaşlıq Şurasının Təhlükəsizlik Forumu (24-25 iyun);
- Bohinjska Bela şəhərində (Sloveniya) “Hərbi dağ şəraitində fəaliyyət” mövzusunda kurs (22 iyun-10 iyul) keçirilir.