Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 İyun 2009 00:03

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikası ilə Amerika Ştatları arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində Rabitənin əsasları mövzusunda seminar (01-05 iyun); Sülhməramlı əməliyyatların keçirildiyi ərazilər üzrə kəşfiyyat dəstəyi mövzusunda seminar (08-12 iyun); Çavuş hazırlığı kursu (08-13 iyun); Ramstain şəhərində (Almaniya) ABŞ HHQ-nin Avia-Kosmik Əməliyyatlar Mərkəzi ilə tanışlıq (01-05 iyun); San-Antonio şəhərində (ABŞ) Rabitə kapitanları kursu (10 iyun 2009 – 08 aprel 2010); Sofiya şəhərində (Bolqarıstan) Qara Dəniz və Xəzər dənizi təhlükəsizliyi üzrə 4-cü simpozium (13-16 iyun);
Azərbaycan Respublikası ilə Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində Döyüşə hazırlıq və davamlılıq mövzusunda təlim (01-14 iyun); Kayseri şəhərində Sərbəst paraşüt kursu (0liyun-24iyul); Ankara şəhərində Hərbi texnikanın taktiki texniki xüsusiyyətlərinin öyrənilməsi üzrə praktiki təlim (02-05 iyun); Hədəf-təyyarələrin istifadə olunması ilə təşkil ediləcək atışlı təlimdə iştirak (09-10 iyun); İstanbul şəhərində  “İpək Yolu-2009” general/admiral seminarı (22-23 iyun);
 Azərbaycan Respublikası ilə İordaniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Amman şəhərində Müdafiə sahəsində əməkdaşlıq üzrə birgə komissiyanın 2-ci görüşü (01-04 iyun); “İordaniya SQ-nin komanda, nəzarət, rabitə, kompüter və informasiya (C4 I) sistemi ilə tanışlıq səfəri» (07-09 iyun);
Azərbaycan Respublikası ilə Bolqarıstan arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Sofiya şəhərində “Sülhü Dəstəkləmə əməliyyatları üzrə taktiki ingilis dili kursu”  (01-12 iyun); “Təşkilati proseslərin təkmilləşdirilməsi kursu” (08-12 iyun);
Azərbaycan Respublikası ilə Almaniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Ştrausberq şəhərində Silahlı Qüvvələr Demokratiyada/mülki heyətin idarə olunması, təhsili və karyera strukturu mövzusunda seminar (15-19 iyun); Bakı şəhərində Silahlara nəzarət üzrə ekspert danışıqları (29 iyun-02 iyul) keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.