Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 26 May 2009 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 25-də saat 12:20-dən 12:35-dək və 15:45-dən 15:55-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 25 May 2009 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 24-də saat 19:00-dan 19:15-dək və 19:10-dan 19:35-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 23 May 2009 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 22-də saat 22:25-dən 22:55-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 23:10-dan 23:25-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 22:20-dən 22:35-dək və mayın 23-də saat 00:40-dan 00:50-dək Ağdam rayonunun Mərzili və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 22 May 2009 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 21–də saat 17:15-dən 17:35-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 21 May 2009 00:01

Mayın 21-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının Avropadakı Silahlı Qüvvələrinin komandanı general Con Kreddoku qəbul edib.

Müdafiə Nazirliyinin məlumatı 21 May 2009 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 20-də saat 17:50-dən 18:05-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 20:50-dən 21:00-dək və mayın 21-də saat 01:10-dan 01:15-dək Ağdam rayonunun Cəvahirli və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən;- saat 22:20-dən 22:35-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 20 May 2009 00:01

Mayın 20-də ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Müdafiə Məhsulları üzrə Federal naziri Abdul Qayyum Xan Catoi Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşüb.

Müdafiə Nazirliyinin məlumatı 20 May 2009 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 20-də saat 01:10-dan 01:25-dək Ermənistan Respublikası Berd rayonunun Çinarlı kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxanəbi kəndi ərazisində yerləşən mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 19 May 2009 00:02

Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində “Qüvvələrin tətbiq etmə təcrübəsi və vəziyyətin təhlili” mövzusunda seminar (18-22 may); Strateji Müdafıə İcmalının aparılması və yekun sənədin hazırlanması prosesinə dəstək mövzusunda işçi görüşü (18-22 may); Tampa şəhərində (ABŞ) Tibb xidməti zabiti kursu (27 may 2009-25 mart 2010);Azərbaycan Respublikası ilə Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində Türkiyənin Hava Qüvvələri təlim-tədris mərkəzinin (Türkiyə Hava Harp Okulu, İzmir Hava Sınıf Okulları Komandanlığı) müəllim heyətinin təcrübə mübadiləsi məqsədilə səfəri (19-22 may);Azərbaycan Respublikası ilə İordaniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Amman şəhərində İordaniyanın minaların zərərsizləşdirilməsi üzrə imkanları ilə tanışlıq səfəri (23-26 may) keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 19 May 2009 00:01

“Sülh Naminə Tərəfdaşlıq” proqramına əlavə:-Roma şəhərində (İtaliya) Hərbi Akademiya rəisləri üçün 38-ci konfrans (18-20 may);-Kiyev şəhərində (Ukrayna) Müdafiə İnstitutlarında dürüstlüyün yaradılması və korrupsiya risklərinin azaldılması mövzusunda kurs (18-22 may);-Simferopol/Sevastopol şəhərlərində (Ukrayna) Hərbi obyektlərin ziyarəti (20-23 may) keçirilir.