Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Noyabr 2009 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 16-də saat 07:10-dan 07:15-dək Ermənistan Respublikasının Berd rayonunun Mososqex ərazisindəki kəndindəki mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən yerləşən mövqelərimizi;
-saat 10:40-dan 11:00-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 14:35-dən 14:40-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;
-Saat 09:00-dan  09:15-dək, 21:10-dan 21:25-dək və noyabrın 17-də saat 00:30-dan 00:40-dək Füzuli rayonunun Aşağı  Veysəlli, Qaraxanbəyli və Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.