Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Noyabr 2009 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 12-də saat 13:25-dən 13:30-dək və 21:30-dan 21:40-dək Ağdam rayonunun Kəngərli və Tağıbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən;  
- saat 19:40-dan 20:15-dək və 20:15-dən 20:40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 21:40-dan 21:50-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 20:20-dən 20:35-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.