Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Noyabr 2009 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 11-də saat 17:00-dan 17:20-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 21:30-dan 21:45-dək, 22:15-dən 22:30-dək, 23:20-dən 23:30-dək Füzuli rayonunun Qorqan və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 17:00-dan 17:15-dək və noyabrın 12-də saat 00:10-dan 00:30-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.