Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Noyabr 2009 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 10-da saat 08:00-dan 08:10-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndindəki mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi;
- saat 13:00-dan 13:25-dək, 20:30-dan 20:35-dək və 23:50-dən 00:15-dək Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli və Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 16:05-dən 16:20-dək və 21:35-dən 22:00-dək Ağdam rayonunun Yusifcanlı və Tağıbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.