Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Noyabr 2009 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 13-də saat 08:25-dən  08:35-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
-saat 14:35-dən 14:40-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən;
-saat 16:10-dan 16:20-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 17:10-dan 17:30-dək və 17:30-dan 17:35-dək Ağdam rayonunun Nəmirli və Qavraqaşlı kəndləri yaxınlığında yerləşən mövqelərdən;
-saat 18:15-dən 18:23-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.